Sosial
"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
Azov dənizində vurulan "Natra" yük gəmisində sağ qalan vətəndaşlarımızdan biri Lənkəranın Boladi kəndindən olan Elməddin Axundzadədir.
Publika.az Baku TV-yə istinadla xəbər verir ki, Elməddin gəmidə elektrikçi işləyirdi və həmin gecə yaşanan dəhşətli anları belə xatırlayıb.
"Gəmidə 12 nəfər heyət idik. Saat 12:05-də vızıltı səsinə ayıldım. Çöldən qışqırdılar ki, gəmi dronla vurulub, hamı aşağı toplaşmalıdır. İkinci zərbə endirildi. Üçüncü zərbədən sonra əlaqəyə keçmək istədik, lakin daha bir zərbə də gəldi. Beşinci zərbə ilə vəziyyət daha da gərginləşdi. Psixoloji olaraq çox pis idik. Səhəri gözləyirdik ki, cəsədləri axtaraq. Cəsədlərdən birini tapdıq, gəmi isə darmadağın olmuşdu. Bir az axtardıqdan sonra gəminin kapitanını da tapdıq. Sonra ruslar gəlib bizi xilas etdilər. Cəsədləri bir katerə, sağ qalanları isə digər katerə yığdılar. Ruslar şoka düşmüşdülər ki, bu cəsədləri necə çıxarmışıq", - deyə Elməddin bildirib.
Qeyd edək ki, iyunun 5-də Azov dənizində iki xarici yük gəmisinə dronlarla zərbələr endirilib. Nəticədə, dörd Azərbaycan vətəndaşı həlak olub, dörd nəfər yaralanıb. Hər iki gəmidə sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü ölkəyə gətirilib, həlak olanların nəşləri isə ailələrinə təhvil verilib.
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək
-
Magazin121 İyul 21:24Günel Bakıda villa tikdirir - FOTO















.png)










.jpg)










