Sosial
Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - VİDEO
Bakı sakini çiyələk yedikdən sonra bədənində səpkilər əmələ gəldiyini, daha sonra isə dərisinin soyulmağa başladığını bildirib.
Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, 27 yaşlı qadının bədənində yaranan səpkilər sonradan suluqlara çevrilərək üz nahiyəsinə qədər yayılıb.
Allergiyanın ağır formasına çevrilən yaralar pasiyentin vəziyyətini daha da ağırlaşdırıb.
Xəstəxanaya çatdırılan qadına ilkin olaraq toksik allergik dermatit diaqnozu qoyulub.
Həkim-efferentoloq Ağa İsmayılov bildirib ki, pasiyent klinikaya ağırlaşmış vəziyyətdə gətirilib.
Onun sözlərinə görə, hadisənin səbəbi meyvənin yetişdirilməsi zamanı istifadə olunan gübrələr və ya digər kimyəvi maddələr ola bilər. Bu səbəbdən meyvələr istehlak edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır. Həkim qeyd edib ki, saplağın giləmeyvədən ayrılması da vacibdir. Əks halda bu, orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.
27 yaşlı qadının yaxınları isə bildiriblər ki, onun vəziyyəti hazırda qənaətbəxşdir və müalicəsi ev şəraitində davam etdirilir.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)










.jpg)
.jpg)