Sosial
“Son zəng”lə bağlı Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət etdi
“Son zəng”lə bağlı Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərə müraciət edib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir.
Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.
Həmçinin, tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də avtomobil yollarının hərəkət hissəsində, yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların bilavasitə yaxınlığında avtomobillərin park edilməsi, habelə parklama ərazilərindəki nizamsızlıq və pərakəndəlik fövqəladə hadisə zamanı texnikaların operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur, yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək onları müvafiq qaydalara riayət etməyə çağırır.
Belə ki, avtonəqliyyat vasitələrinin sürücüləri yollarda operativ nəqliyyat vasitələri olan yanğınsöndürmə və xilasetmə avtomobillərinə dərhal yol verməli, həmçinin avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)










.jpg)
.jpg)