Sosial
Türk dünyasının mədəni irsi ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib
11 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsel İsmayılzadə ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Fond tərəfindən həyata keçirilən beynəlxalq layihələr, türk xalqlarının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər, eləcə də təşkilatın yaxın dövr üçün müəyyən etdiyi prioritet fəaliyyət istiqamətləri müzakirə olunub.
Professor Aktotı Raimkulova Fondun üzv və müşahidəçi ölkələrdə, həmçinin digər dövlətlərdə qədim türk tarixi-mədəni irsinin qorunmasına yönəlmiş təşəbbüsləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələri barədə ətraflı məlumat verib.
Gürsel İsmayılzadə isə Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın türk dövlətləri arasında mədəni-humanitar əməkdaşlığın inkişafına, həmçinin türk dünyasının beynəlxalq platformalarda daha geniş tanıdılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)