Sosial
FHN-in Bakı Regional Mərkəzində tədbir keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.
Publika.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, FHN Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsində idarə rəisinin müavini Namiq Bağırzadə, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və Mərkəzin şəxsi heyəti iştirak edib.
Tədbirdə çıxış edənlər 15 iyun 1993-cü il ərəfəsində ölkəmizdə cərəyan etmiş hadisələr barədə ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verdi və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi qorudu və möhkəmləndirdi.
Bildirilib ki, məhz Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən dövlətimiz regionun liderinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olunub.
-
Sosial14:36Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı - VİDEO
-
İKT12:15"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı
-
Sosial12:06Pensiya alanların nəzərinə
-
Nida Xəbər 11:30Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir
-
Nida Xəbər 10:36İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov
-
Yaxın Şərq10:12İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb
-
Region10:00Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO
-
Magazin109:54Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)











.jpg)













