Sosial
Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTO
Sumqayıt şəhərində vətəndaş müraciətlərinin operativ həlli, sakinləri narahat edən məsələlərin yerində araşdırılması və onların təkliflərinin dinlənilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul keçirib.
Publika.az xəbər verir ki, 13-cü mikrorayon ərazisində təşkil olunan qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və sakinlər iştirak ediblər.
Şəhər rəhbəri tərəfindən sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək icrası nəzarətə götürülüb. Vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib, qaldırılan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qəbulda çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərini, infrastruktur layihələrini və vətəndaş müraciətlərinə göstərilən həssas münasibəti yüksək qiymətləndirərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Sumqayıt şəhərində vətəndaşlarla müntəzəm görüşlərin və səyyar qəbulların keçirilməsi əhalini narahat edən məsələlərin operativ şəkildə öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıyır.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin





























.png)











.jpg)
.jpg)