Sosial
Yasamal ictimaiyyəti Milli Qurtuluş Gününü qeyd etdi - FOTO
Yasamal rayonunun ictimaiyyəti 15 İyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edib. Bu münasibətlə Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bayram tədbiri keçirilib.Tədbirdən əvvəl iştirakçılar Ulu Öndərin əziz xatirəsini Fəxri Xiyabandakı məzarı önündə yad etdilər.
Publika.az xəbər verir ki, tədbir iştirakçıları 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş qısa metrajlı filmə baxış keçirdilər.Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Azərbaycan dilində qurtuluş sözünün mənası xilas olmaq anlamını daşıyır.Yəni, böyük bir fəlakətdən və ya bəladan xilas olmaq.1993-cü ildə Azərbaycan xalqı parçalanmaqdan, hakimiyyətdəki təsadüfi insanlardan və ümumiyyətlə xəritədən silinməkdən xilas oldu. Biz 1991-ci ildə müstəqillik əldə etdik, lakin 1992-ci ildə hakimiyyətə gəlmiş naşı insanların bərbad idarəçiliyi nəticəsində fəlakətlə üz-üzə qalmışdıq: erməni təcavüzü, iqtisadi böhran, xalq ilə iqtidar arasında uçurumun dərinləşməsi müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı: atəşkəs rejimi əldə edildi, beynəlxalq aləm Azərbaycanı tanıdı, ölkədə sabitlik yarandı, “Əsrin müqaviləsi” imzalandı. Məhz buna görə biz 15 iyunu Milli Qurtuluş günü kimi qeyd edirik. Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Elşad Həsənov bildirdi ki, bu gün Ümummilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir. Cənab Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli Qurtuluş günü tariximizin digər böyük bir tarixi ilə bağlıdır- 8 noyabr Zəfər günü. Zəfər gününə gedən yol məhz Milli Qurtuluş günündən başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, 2020-ci ildə isə cənab Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından qurtardı.
Qeyd olundu ki, bu gün Qarabağda böyük miqyaslı bərpa-quruculuq işləri görülür və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağdakı milli-mənəvi abidələrimizi bərpa edir. Elşad Həsənov vurğuladı ki, Heydər Əliyev Azərbaycanı məhz belə görmək istəyib: sürətlə inkişaf edən, torpaqları azad edilmiş və güclü liderin rəhbərlik etdiyi bir ölkə.
Tədbirdə daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, professor Şahlar Əsgərov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Milli Qurtuluş Gününün müasir tariximizdəki əhəmiyyətindən və Heydər Əliyevin tarixi rolundan söz açdılar, habelə şəxsi xatirələri ilə bölüşdülər.
Daha sonra bir qrup ziyalıya və Yasamal rayon fəalına fəxri fərmanlar və mükafatlar təqdim edildi.Tədbir bədii hissə ilə başa çatdı.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)