Sosial
"Son zəng" günü ciddi hüquqazidd halların qarşısı alındı
Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, tədbirlərlə əlaqədar Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən əvvəlcədən hazırlanmış təhlükəsizlik planına uyğun olaraq paytaxt və bölgələrdə polis naryadlarının sayı artırılıb, məktəblərin ətrafında və məzunların kütləvi toplandığı ərazilərdə xidmət gücləndirilmiş rejimdə təşkil olunub.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, dayanma-durma qaydalarına nəzarət, məzunların və digər vətəndaşların rahat hərəkətinin təşkili istiqamətində zəruri tədbirlər görülüb. Eyni zamanda sürücülük hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsinə qarşı profilaktik nəzarət tədbirləri həyata keçirilib.
"Görülən kompleks tədbirlər nəticəsində "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ictimai asayiş pozuntularının və ciddi hüquqazidd halların qarşısı alınıb, məzunlar bu əlamətdar günü təhlükəsiz şəraitdə qeyd ediblər.
Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin olunmasına göstərdikləri dəstəyə, qanunvericiliyin tələblərinə əməl etdiklərinə və polis əməkdaşları ilə əməkdaşlıq etdiklərinə görə valideynlərə, təhsil ictimaiyyətinə, məktəb kollektivlərinə və vətəndaşlara təşəkkür edir.
Nazirlik eyni zamanda məzunları həyatlarının bu əlamətdar mərhələsi münasibətilə təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayır", - deyə o əlavə edib.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin





















.webp)
.png)










.jpg)
.jpg)