Sosial
Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edildi - FOTO
15 iyun – Milli Qurtuluş Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında konsert proqramı təşkil olunub.
Abşeron Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, ilk öncə icra başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təntənəli bayram konsertində şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Tədbir zamanı bildirilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınıb və bugünkü inkişafımızın əsası qoyulub.
Respublikamızın xalq və əməkdar artistlərinin, sevilən mədəniyyət və incəsənət xadimlərinin təqdim etdiyi və sakinlərin böyük coşqu ilə iştirak etdiyi konsert proqramı atəşfəşanlıqla sona çatıb.
Qeyd edək ki, konsert zamanı rayon ictimaiyyəti adından Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova tərəfindən şəhid Elsəvər Paşayevin qızı Nəzrin Paşayeva doğum ilə əlaqədar təbrik edilib. O cümlədən şəhid övladlarının hazırladıqları rəqs nömrəsi hər kəsin könlünü oxşayıb.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin






















.jpg)



















.webp)
.png)










.jpg)
.jpg)