Sosial
Bulvarda bayram konserti keçirildi
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunub.
Publika.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat qülləsinin qarşısında keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim edilib.
Konsert proqramında Xalq artistləri Aygün Bayramova, Bilal Əliyev, Faiq Əliyev, İlqar Muradov, Niyaməddin Musayev, Samir Cəfərov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Xəyyam Mustafazadə, Lalə Məmmədova, Manana Caparidze, Ramil Qasımov, Sevda Ələkbərzadə, tanınmış və sevilən müğənnilər Amil Həsənoğlu, Dilarə Kazımova, İlkin Dövlətov, İradə İbrahimova, Kamilə Nəbiyeva, Mehin Hümbətova, Murad Arif, Nuri, Vəfa Vəzirova, Zamiq Hüseynov, həmçinin “Natiq ritm” qrupu Azərbaycana, doğma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səsləndiriblər.
Bayram konserti atəşfəşanlıqla yekunlaşıb.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto






.jpg)




.jpg)
.jpg)
























