Sosial
Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər
Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında edilən dəyişikliklər iyunun 16-dan qüvvəyə minib.
Publika.az Trend-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, sığorta haqqının hesablanmasında tətbiq olunan bəzi əmsallar dəyişdirilib. Belə ki, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal (AVİƏ) avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla (AVSƏ), Bonus-Malus sinfinə görə əmsal isə sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz olunub.
Yeni sistemə görə, sürücünün və ya nəqliyyat vasitəsi sahibinin sığorta tarixçəsi əsas götürüləcək. Sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən ediləcək.
Qaydalara əsasən, son dəyişiklik tarixindən sonra 275 gündən artıq sığortalı olan və bu müddətdə təqsiri üzündən sığorta hadisəsi törətməyən şəxslərə hər dəfə 5 faiz güzəşt tətbiq ediləcək.
Əksinə, sürücünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi ilə nəticələnən hər bir hadisəyə görə sığorta tarixçəsi əmsalına 30 faiz əlavə hesablanacaq. Bu əlavələr sürücünün gələcək sığorta haqqına birbaşa təsir göstərəcək.
Yeni qaydalar sürücülərin məsuliyyətli davranışını təşviq etməyi və sığorta sistemində daha fərdiləşdirilmiş qiymətləndirmə mexanizminin tətbiqini nəzərdə tutur.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin





















.webp)
.png)










.jpg)
.jpg)