Sosial
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
Azərbaycanda hərbi qulluqçuların əmək haqqı sistemində ciddi dəyişikliklərin hazırlanması ilə bağlı iddialar yayılıb.
Pubilka.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, hazırda hərbçilərin maaşlarının hesablanması mexanizminin yenilənməsi istiqamətində iş aparılır. İddiaya əsasən, yeni sistemdə əmək haqqının müəyyənləşdirilməsində əsas meyar vəzifə deyil, hərbi rütbə olacaq.
Mənbə bildirir ki, dəyişiklik qüvvəyə minərsə, eyni rütbəyə malik hərbi qulluqçular arasında maaş fərqlərinin minimuma endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, xidmət zamanı əldə edilən rütbələrin maddi baxımdan daha çox əhəmiyyət daşıyacağı gözlənilir.
Qeyd olunur ki, hazırkı modeldə maaşın əsas hissəsi tutulan vəzifəyə uyğun formalaşır. Yeni yanaşmada isə rütbənin əmək haqqının hesablanmasında əsas rol oynayacağı iddia edilir.
Məlumata görə, dəyişikliklər yalnız maaşların hesablanması ilə məhdudlaşmaya da bilər. Mənbə bildirir ki, xidmət əlavələri, staja görə ödənişlər və digər təminat mexanizmlərinin də yenidən nəzərdən keçirilməsi müzakirə olunur.
İddialara əsasən, yeni sistemin tətbiqi minlərlə hərbi qulluqçunun aylıq gəlirlərinə təsir göstərə bilər. Lakin məsələ ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib və aidiyyəti qurumlar tərəfindən açıqlama verilməyib.
Qeyd edək ki, yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?















.jpg)
























