Sosial
Milli Məclisdə sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur
Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində sənədsiz evlər üçün amnistiya elan edilməsi, bununla bağlı xüsusi proqram qəbul olunması və bu məsələnin mərhələli şəkildə həll edilməsi məqsədəuyğundur.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
"Azərbaycanda təxminən 500 min sənədsiz ev var. Həmin evlərdə yaşayan şəxslər ora qeydiyyat" düşə, paralel olaraq dövlət xidmətlərinə çıxış əldə edə bilmirlər. Problemin həlli ilə bağlı sistemli və kompleks islahat lazımdır. Sənədsiz evlərlə bağlı dünya təcrübəsi var. Məsələn, Türkiyədə "İmar Barışı" proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz evə dəyərinin 3 %-i qədər ilkin rüsum ödənilməklə çıxarış alındı. Biz də oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və elektrik xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda inşa edilmiş sənədsiz evlər istisna olmaqla qalan evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat əlavə və davamlı dəyər qata bilər", - deyə o qeyd edib.
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"




















.jpg)





.webp)







.jpg)

.jpg)