Sosial
Azərbaycan-ICCROM əməkdaşlığının perspektivləri müzakirə edildi - FOTO
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyunun 18-də Romada Mədəniyyət Abidələrinin Qorunması və Bərpası üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Gujral ilə görüşüb.
Publika.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq barədə söz açılıb.
Baş direktor Aruna Gujral işğaldan azad olunmuş Azərbaycan ərazilərində qısa müddətdə həyata keçirilən yenidənqurma işlərini və mədəni irsin bərpası istiqamətində atılan addımları yüksək qiymətləndirib.
Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda mədəni mirasın qorunması və bərpasına xüsusi diqqət yetirildiyini bildirib, bu sahədə görülən işlər barədə məlumat verib.
Görüşdə Azərbaycan ilə təşkilat arasında ikitərəfli əməkdaşlıq sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərimizə səfərin təşkili, burada mədəni irsin bərpa və konservasiyası ilə tanışlıq, görülən işlərin təhlili kimi məsələlər müzakirə olunub.
Görüş zamanı həmçinin Azərbaycan mütəxəssislərinin beynəlxalq təcrübə qazanması və peşəkar biliklərinin artırılması məqsədilə onların ICCROM-un “Secondment” proqramı çərçivəsində təşkilatda fəaliyyət göstərməsi barədə razılıq əldə edilib.
Nazir Adil Kərimli Aruna Gujralı Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib. Xanım baş direktor tərəfindən dəvət məmnunluqla qəbul olunub.
Qeyd edək ki, görüş Azərbaycanın mədəni irsin qorunması və bərpası sahəsində beynəlxalq tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəldilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və konservasiya fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılması, habelə bu istiqamətdə çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq eyni zamanda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəni irsin qorunması və beynəlxalq mədəni tərəfdaşlıqların genişləndirilməsi üzrə müəyyən edilmiş strateji prioritetlərin həyata keçirilməsinə xidmət edir.

-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"




















.jpg)





.webp)







.jpg)

.jpg)