Sosial
Azərbaycan cazı Romanın məşhur “Casa del Jazz” səhnəsində təqdim olundu - FOTO
İyunun 18-də Romanın “Casa del Jazz” mədəniyyət məkanında “Xəzərin səsi: Azərbaycan cazı” (“İl suono del Caspio: Jazz dell’Azerbaigian”) adlı konsert proqramı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, ICCROM-un baş direktoru Aruna Francesca Maria Gujral, İtaliya Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və sənətsevərlər iştirak ediblər.
Konsert proqramında Xalq artistləri Eldar Mansurov, Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, eləcə də Elnur Hüseynov və Aysel Teymurzadə çıxış ediblər.
İncəsənət nümayəndələrimizin təqdimatında Azərbaycan xalq musiqisinin intonasiyalarını müasir caz improvizasiyaları ilə birləşdirən əsərlər böyük şövqlə səsləndirilib.
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan konsert Azərbaycan caz sənətinin beynəlxalq mədəni dialoq üçün mühüm platforma olduğunu bir daha nümayiş etdirib.
Konsert eyni zamanda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəni diplomatiyanın gücləndirilməsi və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin tərkib hissəsi kimi əhəmiyyət daşıyır.
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"




















.jpg)





.webp)







.jpg)

.jpg)