Sosial
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Nəsimi rayonu 96 nömrəli körpələr evi-uşaq bağçasında, Qaradağ rayonu 4 saylı doğum evində və Səbail rayonu 1 saylı Şəhər Poliklinikasında, Sumqayıt RM tərəfindən Sumqayıt şəhəri üzrə iri ticarət mərkəzlərinin və şadlıq saraylarının rəhbərlərinin iştirakı ilə, Gəncə RM tərəfindən Gəncə Şəhər Kəpəz bələdiyyəsində, Aran RM tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aşağı Zeynəddin kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Naftalan şəhər Reabilitasiya Mərkəzində, Şimal-Qərb RM tərəfindən “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində və Oğuz rayon Dövlət Arxivində, Şimal RM tərəfindən Qusar Rayon İcra Hakimiyyəti başçısının Həzrə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Qarabağ RM tərəfindən Beyləqan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında, Muğan RM tərəfindən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı






























.jpg)










.jpg)

.jpg)