Sosial
Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
Son 4-5 ayda boşanmaların sayının 6400-dən çox olması təbii ki, dəhşətli faktdır. Məlumata görə, 2026-cı ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb. Məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Nikahların sayının yarısından çoxunda boşanma qeydə alınır. Son 4 ayda Azərbaycanda 11400 nikah bağlanıb, 6400 boşanma var. Təbii ki, bu fəlakətdir.
Ekspertlər hesab edir ki, son aylar Azərbaycanda boşanmaların artmasının tək bir səbəbi yoxdur. Bu, sosial, iqtisadi və mədəni amillərin birgə təsiri ilə izah olunur. Son 4-5 ayda Azərbaycanda boşanmaların sayının artması ilə bağlı mütəxəssislər adətən bir sıra amilləri irəli sürürlər.
Burada başlıcası işsizlik, aşağı gəlir və yaşayış xərclərinin artması vurğulanır ki, bu da ailədaxili gərginliyin yüksəlməsinə səbəblərdən biri kimi göstərilir. Maliyyə problemləri cütlüklər arasında mübahisələrin əsas səbəblərindən biri hesab olunur.
Ekspertlərdən bəziləri hesab edir ki, burada əsas diqqət çəkən məqamlardan biri qadınların iqtisadi müstəqilliyə nail olmasıdır. Boşanmaların nikahların yarısını təşkil etməsi nə ilə bağlıdır? Niyə boşanmalar bu qədər çoxalıb?
Publika.az xəbər verir ki, tanınmış sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
"Azərbaycanda boşanmaların sayı sürətlə çoxalır. İndi artıq nikah və boşanma sayının müqayisəsində boşanmaların nisbəti 50%-i keçib və bu, dəhşətli bir rəqəmdir. Sual yarana bilər, bunun əsas səbəbi nədir? Birinci səbəb olaraq sosial-iqtisadi problemlər göstərilə bilər. Yəni ailədə dolanışıq zəif olduqda, bu problemlər ailədaxili münaqişələrə yol açır və nəticədə ailə boşanır. İkinci səbəb kimi mənəvi-psixoloji amilləri qeyd etmək olar. Elə ailələr var ki, orada heç bir sosial-iqtisadi problem yoxdur, gəlir yüksək səviyyədədir. Amma ər və arvad bir-birini həzm edə bilmirlər. Ailədə psixoloji, mənəvi boşluq və xəyanət mövcuddur ki, bu da boşanma ilə nəticələnir.
Üçüncü və daha şiddətli bir səbəb isə ailədaxili zorakılıqdır. Kişinin həyat yoldaşını döyməsi, söyməsi, təhqir etməsi, ona mənəvi və fiziki zorakılıq tətbiq etməsi də boşanmalara rəvac verən ciddi amillərdən biridir.
Görəsən, bunlardan hansı biri əsasdır? Əslində, hamısı var. Amma mənə görə, əsas səbəb sosial-iqtisadi problemlər deyil. Əgər belə olsaydı, bəs niyə 40 il bundan qabaq boşanmaların sayı bu qədər deyildi, amma indi bu həddə çatıb?"
Sosioloqun fikrincə, əsas səbəb sosial şəbəkələr və mənəvi-psixoloji boşluqdur:" Sosial şəbəkələrdəki tanışlıqlar, bəyin və ya xanımın öz həyat yoldaşını başqaları ilə müqayisə etməsi boşanmalara zəmin yaradır. Statistikaya baxsaq görərik ki, imkanlı ailələr arasında da boşanma sayı az deyil. Ona görə də səbəbi sırf sosial-iqtisadi amillərdə axtarmaqla özümüzü aldatmayaq. Bəli, Azərbaycanda ailələrin sosial-iqtisadi problemləri çoxdur, amma birinci dərəcəli səbəb bu deyil.
Əsas səbəb tərəflərin ailədənkənar ünsiyyətləridir. Bu ünsiyyətlər dərinləşərək bağlılığa çevrilir, nəticədə isə münaqişələr baş qaldırır. Eqolar yüksək olduğu, qarşı tərəfə hörmət və dəyər qoyulmadığı üçün ailə dağılır.
Biz bu səbəbləri aradan qaldırmalıyıq. Ailənin mənəvi-psixoloji bağlarının dərinləşməsi üçün dayanmadan çalışmalıyıq. Müəllimlər, təlimçilər, psixoloqlar, əxlaq müəllimləri və ilahiyyatçılar nağıl danışmaq əvəzinə, məhz bu problemlərdən bəhs etməlidirlər. Mənə görə, əsas məsələ budur".
-
Hadisə22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Banklar 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin219:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
















.webp)


















