Nida Xəbər
ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
Amerika Birləşmiş Ştatlarında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə diasporumuzun təşəbbüsü ilə qaldırılan Azərbaycan bayrağının endirilməsi barədə xəbərlər həqiqəti əks etdirmir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında qeyd olunub.
Məlumatda vurğulanıb ki, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni reallıqların formalaşması, dünya ictimaiyyətinin doğru məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, bu prosesdə Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımızın fəaliyyəti xüsusi diqqətə layiqdir. Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan icmasının üzvləri hər il 8 Noyabr - Zəfər Günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü, 9 Noyabr-Bayraq Günü münasibətilə müxtəlif ştatlardakı inzibati-ictimai mərkəzlərin önündə Azərbaycan bayrağının qaldırılması mərasimini təşkil edirlər. Bununla yanaşı, hər il "Times Square" meydanındakı çoxmərtəbəli binaların üzərində iri led ekranlarda ölkəmizin tarixi qələbəsi ilə bağlı videoçarxlar və posterlər yerləşdirilir. Dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın ziyarət etdiyi bu məkanlarda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mühüm rəmzi və siyasi məna daşıyır.
"Artıq bütün cəbhələrdə məğlub olmuş erməni diasporunun hər il təkidlə bu prosesə qarşı çıxmasına baxmayaraq, Amerika Birləşmiş Ştatlarında kifayət qədər güclənən Azərbaycan diasporu bu il də bayraqqaldırma mərasimlərini uğurla həyata keçirib.
Məhz bu reallıqlar fonunda bəzi erməni mənbələrinin yaydığı dezinformasiyalarda Manhettendə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə diasporumuzun təşəbbüsü ilə qaldırılan Azərbaycan bayrağının guya Amerikanın Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə endirildiyi bildirilir.
Guya bayrağın endirilməsi barədə yayılan məlumatlarda bu məsələ ilə əlaqədar dırnaqarası qərarın kim tərəfindən və hansı hüquqi əsasla verilməsi barədə isə heç bir mötəbər sübuta rast gəlinmir.
Qeyd edilməlidir ki, bayrağın qadırılması və həmin yerdə dalğalanması prosesi adətən bir həftə çəkir və Azərbaycan bayrağı da qaydalara uyğun olaraq 7 gün ərzində qaldırıldığı məkanda dalğalanıb. Öz uğursuzluqlarını hay-küy və dezinformasiya ilə pərdələməyə çalışan erməni təşkilatları və erməni diasporu bu prosesə təsir imkanına malik deyil və ola da bilməz.
Təbliğat fiaskosunu ört-basdır edən erməni diasporu nümayəndələrinin yaydıqları əsassız və həqiqəti əks etdirməyən məlumatlarda həm də ABŞ-nin dövlət rəsmilərinin adları hallandırılır. Dövlət rəsmilərinin adından manipulyasiya vasitəsi kimi istifadə edilməsi, onların mövqeyinin təhrif olunması və ictimai rəyin yanlış istiqamətə yönəldilməsi ciddi hüquqi məsuliyyət yaradır.
ABŞ-də fəaliyyəti ilə bağlı suallar doğuran, real nəticələr ortaya qoya bilməyən, heç bir nüfuza malik olmayan erməni diasporunun Azərbaycan bayrağının nümayişi ətrafında süni qalmaqal yaratmaq cəhdləri təsadüfi deyil. Bu cəhdlər, daha dəqiq ifadə etsək, erməni diasporunun dezinformasiya və manipulyasiya ilə müşayiət olunan siyasi isteriyası uğursuz təbliğat fəaliyyətinə bəraət qazandırmaq, xərclənən maliyyə vəsaitlərinin guya səmərəli istifadə edildiyi görüntüsü yaratmaq və gələcək maliyyə dəstəyini qoruyub saxlamaq məqsədi daşıyır", - Dövlət Komitəsindən bildirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi cəmiyyəti dezinformasiyalara inanmamağa, media mənsublarını xaricdəki Azərbaycan icmalarının uğurları ilə bağlı erməni mənbələrinin yaydığı yalan məlumatlara münasibətdə diqqətli olmağa çağırıb.
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO






.jpg)






























