Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
Bizi izləyin

ABŞ

Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...

Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...

Polşa Prezidenti Karol Navrotski ABŞ Prezidenti Donald Trampa kəhrəba ilə bəzədilmiş xüsusi kreslo hədiyyə edib. Maraqlıdır ki, bu hədiyyə aylarla ictimaiyyətdən gizli saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.

Məlumata görə, hədiyyə 2026-cı il iyunun 14-də Navrotskinin Trampın 80 illik yubileyi və ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə Vaşinqtona səfəri zamanı təqdim olunub. Kreslonun müəllifi polşalı kəhrəba ustası Luçyan Mırtadır.

Maraqlıdır ki, kreslo hələ Donald Trampın ilk prezidentliyi dövründə, keçmiş Polşa Prezidenti Andjey Dudanın təşəbbüsü ilə sifariş edilib. Lakin o vaxt hədiyyənin təqdim olunması baş tutmayıb. Navrotskinin Aparatının nümayəndəsi Marçin Pşidaç hədiyyənin Trampda böyük təəssürat yaratdığını bildirib.

Hədiyyənin dəyəri açıqlanmayıb.

Qeyd edilir ki, hədiyyə ilə bağlı məlumat Polşa Prezident Administrasiyasında da ciddi məxfilik şəraitində saxlanılıb. Telekanalın mənbəsinin bildirdiyinə görə, hətta Prezident Administrasiyasının bəzi əməkdaşları da bu hədiyyədən xəbərsiz olub. Vaşinqtondakı Polşa səfirliyinin əməkdaşlarına isə yalnız böyük ölçülü bir əşyanın daşınacağı barədə məlumat verilib. Onlar arasında bunun qızıl taxt olduğu barədə şayiələr dolaşıb.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm