Sosial
“Azərişıq” Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb
“Azərişıq” ASC Gədəbəyin bir sıra kənd və qəsəbələrində elektrik təsərrüfatını yenidən qurur.
ASC-dən Publika.az-a bildirilib ki, görülən işlər nəticəsində Zəhmətkənd kəndinin 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenisi ilə əvəzlənib, abonentlər fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunublar. Kənddə 0.4 və 10 kV-luq yeni metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Həmçinin yaşayış məntəqəsində 9 ədəd Komplekt Transformator Məntəqəsi (KTM), eləcə də yeni elektron tipli sayğaclar quraşdırılıb.
Yenidənqurma işləri təkcə Zəhmətkəndlə məhdudlaşmır. “Azərişıq” ASC Gədəbəyin ümumilikdə 6 kəndində – Arısu, Zəhmətkənd, Xarxar, Əlinağılar, Arıqıran və Qasımlıda elektrik şəbəkəsini tamamilə yeniləyir. Sadalanan kəndlərdə ümumilikdə 30 ədəd KTM quraşdırılıb. Bununla yanaşı Söyüdlü və Soyuqbulaqda da hər birində 250 kVA gücündə olmaqla yeni güc mərkəzləri yaradılıb.
Arıqıran kəndində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yaşayış məntəqəsinin 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənib, 9 ədəd müasir tipli KTM və yeni sayğaclar quraşdırılıb.
Növbəti mərhələdə Çanaqçı, Kərimli və İnəkboğan kəndlərinin elektrik şəbəkəsi yenilənəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm


































.jpg)
