Sosial
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Yay mövsümündə xaricə səyahət edənlərin sayının artdığı bir dövrdə Bakcell abunəçilərinə dünyanın müxtəlif ölkələrində rahat və fasiləsiz ünsiyyət imkanı yaradan rouminq xidmətlərini təqdim edir.
Səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri “hamısı daxil” rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu yığmaq kifayətdir.
Səfərdən əvvəl istifadəçilər Bakcell-in rəsmi saytında və ya Bakcell tətbiqində gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud rouminq paketləri və tarifləri ilə tanış ola, ehtiyaclarına uyğun paketi əvvəlcədən aktivləşdirə bilərlər. Bu isə mobil rabitə xərclərini əvvəlcədən planlaşdırmağa və səfər boyu ünsiyyətdə qalmağa imkan yaradır.
Rouminq xidmətləri və paketləri barədə ətraflı məlumatı şirkətin rəsmi saytı, Bakcell tətbiqi və Müştəri Xidmətləri mərkəzlərindən əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO







.jpg)













.png)

.jpg)













