Sosial
Yaxın günlərdə yumurta qiymətləri enəcək?
"Havaların həddindən artıq isti keçməsinə baxmayaraq, yaxın günlərdə yumurtanın qiymətində ucuzlaşma gözlənilmir".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında son vaxtlar yumurtanın ucuzlaşacağı ilə bağlı yayılan fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda bir ədəd yumurtanın pərakəndə satış qiyməti 13-17 qəpik arasında dəyişir:
"Kifayət qədər istehlak var və istehsal da tələbatı tam qarşılayır. Anbarlarda artıq məhsul yoxdur, bazarda təklif tələbi üstələmir. Bu səbəbdən qarşıdakı günlərdə yumurtanın qiymətinin aşağı düşəcəyini düşünmürəm".
Mürvət Həsənli bildirib ki, hazırda kənd yumurtasının bir ədədi təxminən 25 qəpiyə satılır:
"Kənd yumurtası adətən yay aylarında daha ucuz olur. Sentyabrdan sonra isə qiymətlərdə artım müşahidə oluna bilər".
Qeyd edək ki, iyul ayında dünyada ən çox bahalaşan ərzaq məhsulu yumurta olub. Bu barədə ABŞ-ın "Comex" birjasının məlumatlarında deyilir.
Məlumata görə, yayın ikinci ayında ABŞ birjasında toyuq yumurtasının qiyməti 334 faiz artıb. ABŞ bazarında yumurta qiymətlərinin kəskin artımı yüksək patogen quş qripinin geniş yayılması ilə əlaqələndirilir. Virusun yayılması nəticəsində on milyonlarla yumurtlayan toyuq məhv edilib ki, bu da məhdud təklif fonunda tələbatın kəskin artmasına səbəb olub.
Rusiyada isə yayın əvvəlində yumurta bazarında əks tendensiya müşahidə edilib. İyun ayında daxili bazarda yumurtanın qiyməti aylıq müqayisədə 9,6 faiz azalıb. Bu göstərici yumurtanı ölkənin ərzaq bazarında ən çox ucuzlaşan məhsula çevirib.
Məqalədə qeyd olunur ki, 2023-2024-cü illərdə toyuq sayının azalması və yumurta qiymətlərinin kəskin bahalaşması ilə müşayiət olunan böhrandan sonra Rusiya istehsalçıları yeni problemlə üzləşiblər. 2025-ci ilin yekunlarına görə daxili bazarda məhsul bolluğu yaranıb ki, bu da qiymətlərin enməsinə və quşçuluq təsərrüfatlarının rentabelliyinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb.
Ekspertlərin fikrincə, vəziyyəti yaxşılaşdırmaq üçün ixracın artırılması və ya məhsulun emalının genişləndirilməsi kömək edə bilər. Lakin istehsalçıların bunun üçün kifayət qədər maliyyə imkanlarının olmadığı bildirilir.
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO







.jpg)













.png)

.jpg)













