Sosial
57 yaşlı veteran Bakıdan Qarabağa piyada getdi
Birinci Qarabağ müharibəsinin iştirakçısı Firuz Əliyev Bakıdan Qarabağa piyada yürüşə çıxıb. 57 yaşlı veteran yürüşünü şəhidlərin ruhuna həsr edib.
Publika.az Modern.az-a istinadla xəbər verir ki, Firuz Əliyev yürüşə Bakıdakı Şəhidlər xiyabanından başlayıb və artıq 9 gündür yolunu piyada olaraq davam etdirir.
“Gözlərim kövrəlib, Xocalıdayam... Sabah Xankəndiyə çatacağam. Mən Bakıdan, Şəhidlər xiyabanından yola çıxmışam. Artıq 9 gündür yol gəlirəm. Əsgəranı keçmişəm, indi Xocalının girişindəyəm”, - F.Əliyev deyib.
Qarabağ müharibəsi iştirakçısı yürüşünün şəhidlərin ruhuna həsr olunduğunu və bu səfərin özündən qalan bir iz kimi yaddaşlarda yaşamasını istədiyini bildirib:
“Allahdan bir diləyim var ki, məndən bir iz qalsın. Adım “Qızıl fond”da qalsın. Heç nəyim olmasa da, qoy bir veteran, müharibədə iştirak etmiş şəxs kimi bu yolum yadda qalsın”.
Bununla belə, uzun və çətin yol veteranın səhhətinə də təsirsiz ötüşməyib. F.Əliyev ayaqlarında yaralar yarandığını və səhhətində problemlər olduğunu söyləyib.
Buna baxmayaraq, o, yürüşünü davam etdirdiyini və sabah Xankəndiyə çatmağı planlaşdırdığını deyib.
Qeyd edək ki, Firuz Əliyev Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)















.png)



.jpg)











