Sosial
"Azərişıq" mobil tətbiqi fəaliyyətini dayandırır - Detallar
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində rəqəmsal xidmətlərin vahid platformada təqdim edilməsi üzrə işlər davam etdirilir.
Publika.az xəbər verir ki, bu çərçivədə “Azərişıq” ASC-nin mobil tətbiqində təqdim olunan rəqəmsal xidmətlər, məlumat və funksionallıqlar “mygov” platformasına tam inteqrasiya olunub. Eyni zamanda xidmətlərin vahid platformada təqdim olunması və rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə “Azərişıq” mobil tətbiqinin fəaliyyəti dayandırılıb.
Artıq vətəndaşlar “Azərişıq” ASC-nin rəqəmsal xidmətlərindən həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər.
my.gov.az üzərindən xidmətlərdən yararlanmaq üçün “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Azərişıq ASC” seçilməlidir. “mygov” mobil tətbiqində isə “Xidmətlər” bölməsinin “Kommunal” kateqoriyasından “Azərişıq” seçilərək müvafiq xidmətlərdən istifadə etmək mümkündür.
Əvvəl “Azərişıq” tərəfindən təqdim olunan aşağıdakı xidmətlər yenidən dizayn edilərək “mygov”a inteqrasiya edilib.
Əhali istehlakçısının adının dəyişdirilməsi;
Sayğacın zədələnməsinin araşdırılması üçün müraciət;
Abonentin geniş tarixçəsinin təqdim edilməsi;
Smart kartın bərpası və yeni smart kartın verilməsinə müraciət;
Borcun araşdırılması və borcun olub-olmaması barədə sənədin verilməsi.
Bununla yanaşı, abonent kodu əsasında abonentin oxuma, ödəniş və akt məlumatlarının “mygov” platformasında təqdim olunması təmin edilib.
Xidmət və məlumatlarla yanaşı, “Azərişıq” mobil tətbiqində mövcud olan digər funksionallıqların da “mygov”a inteqrasiyası tamamlanıb.
Qeyd edək ki, “Azərişıq” ASC dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində fəal fəaliyyət göstərən qurumlardan biridir. Son illər ərzində qurum tərəfindən göstərilən xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb.
Həyata keçirilən tədbirlər nəticəsində artıq 4 milyon istifadəçi "mygov"un xidmətlərindən yararlanır.
Abonentlər “mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilər:
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyə bilərsiniz.
-
Kriminal20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO












.jpg)











.webp)














