Ekopublika.az
Neftin qiyməti son 5 ayın maksimumuna çatdı
Səudiyyə Ərəbistanına husilərin hücumları nəticəsində enerji təchizatında fasilələrin yarana biləcəyi ehtimalı dünya bazarında neftin bahalaşmasına səbəb olub. Ötən ticarət sessiyasında 4 faiz artaraq son beş ayın ən yüksək həddinə çatan neft qiymətləri yüksəlişini davam etdirib.
Publika.az xəbər verir ki, səhər saatlarında “Brent” markalı neftin fyuçersləri 0,2 faiz ucuzlaşaraq bir barel üçün 112,96 dollar təşkil edib. Günün ikinci yarısında isə qiymət təxminən 2 faiz yüksələrək 115 dolları ötüb. Bununla da “Brent” nefti son beş ayın ən yüksək qiymətinə çatıb.
Həftə ərzində bu markanın qiyməti təxminən 4 faiz artıb. Mövcud dinamika “Brent”in ardıcıl üçüncü həftəni də bahalaşma ilə başa vuracağını göstərir.
“Light” markalı neftin qiyməti səhər saatlarında 0,3 faiz azalaraq bir barel üçün 98,12 dollara düşsə də, sonrakı ticarət əməliyyatlarında bahalaşaraq 101 dollar həddini keçib.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var







.jpg)















.jpg)














