Dünya
Kim Çen In ən böyük hədəfini açıqladı
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını ölkənin prioritet vəzifələrindən biri adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, oktyabrın 22-23-də Pxenyanda Koreya Xalq Ordusunun bölük komandirlərinin üçüncü müşavirəsi keçirilib. Bu, fevral ayından bəri bütün ordu üzrə ilk toplantı olub. Şimali Koreya liderinin rəhbərlik etdiyi tədbirdə bölüklərin gücləndirilməsi yolu ilə qüdrətli ordunun qurulması sahəsində əldə olunan nailiyyətlər və təcrübə, eləcə də bölüklərin elit döyüş hissələrinə çevrilməsi üçün zəruri addımlar müzakirə edilib.
Tədbir zamanı KXDR lideri dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını ölkənin qarşısında duran vəzifə adlandırıb.
Avqust ayında Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol vəzifəsindən azad edilib, onun yerinə Kim Son Gi təyin olunub. Kadr qərarı Kim Çen Inın da iştirak etdiyi Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin ikinci iclasında qəbul edilib.
Hüseyn İbadlı
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı























.jpg)









