Sosial
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib.
Publika.az xəbər verir ki, şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin bu il də davam etdirildiyini bildirib. Cari ildə də Naxçıvan şəhərində Regional DOST Mərkəzinin, Tərtər, Neftçala və İmişli DOST Qəbul şöbələrinin istifadəyə verildiyi qeyd edilib.
Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğuna uyğun göstərilir. 2026-cı ilin ötən dövründə də DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 99,2 faiz olub.
Artıq ölkəmizdə 8 DOST mərkəzi, 4 DOST Qəbul şöbəsi və 3 DOST məntəqəsi fəaliyyət göstərir və qarşıdakı dövrdə DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək.
İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin bu ilki fəaliyyəti, DOST mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər, innovativ rəqəmsal həllərin tətbiqi, hədəflərlə bağlı təqdimat edib.
Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...





































.jpg)

