Sosial
Dialoq Forumunda yaradıcı sənayelərlə bağlı beynəlxalq tədbir keçirildi - FOTO
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 26-da “GEC+Baku”: yaradıcı sənayelər” mövzusunda beynəlxalq tədbir keçirilib.
Publika.az xəbər verir ki, “Sahibkarlar – əlaqəli dünyanın diplomatları” şüarı altında təşkil edilən tədbir sahibkarlığın beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun gücləndirilməsində roluna həsr olunub.
Qlobal Sahibkarlıq Şəbəkəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir üç panel sessiyadan ibarət olub.
Tədbirin açılışında mədəniyyət nazirinin müavini Səadət Yusifova və başqaları çıxış edərək mədəniyyət və yaradıcı sənayelərin iqtisadiyyatın şaxələndirilməsində yerindən və rolundan danışıblar.
“Sərhədləri aşan siyasət: hökumət nümayəndələrinin paneli” adlı paneldə sahibkarların sərhədlərarası fəaliyyətini çətinləşdirən siyasət və tənzimləmə maneələri, hökumətlərin bu sahədə tətbiq etdiyi həllər və onların səmərəliliyi müzakirə olunub.
Paneldə həmçinin ölkələrin uğurlu siyasət təcrübələri, səmərəli həllərin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi









.jpg)
























