Sosial
Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
Novxanıdakı “milyonluq villa”nın sahibi Bəxtiyar Dalinin həbsi ilə bağlı özəl xəbərimiz ölkə gündəmini zəbt edib.
Publika.az xəbər verir ki, xəbər yayıldıqdan sonra hadisə və xüsusən zərərçəkmiş qadınla bağlı müxtəlif iddialar səsləndirilib.
Adının açıqlanmasını istəməyən zərərçəkmiş vəkili Vüqar Əliyev vasitəsilə "Qafqazinfo"ya açıqlama göndərib.
Vəkilin sözlərinə görə, Bəxtiyar Dalidən əlavə, daha 2 nəfər də cinayətdə iştirak edib:
“Bəxtiyar da daxil olmaqla 3 nəfər bağ evində qadını zorlamaq istəyib. Qız onların əlindən qaçdıqdan sonra polisə şikayət edib. İstintaq başlayandan sonra Bəxtiyar Dali həbs edilib, ikinci şəxs ölkədən qaçdığı üçün axtarışa verilib, digər şəxslə bağlı isə araşdırma davam edir.
“Qafqazinfo”da xəbər yayıldıqdan sonra bəziləri hadisənin restoranda baş verdiyini, guya qızın müğənni olduğunu iddia edir.
Bu, əsassız söhbətdir. Müvəkkilim olan həmin qadın müğənni deyil, hadisə də restoranda baş verməyib”.
Vüqar Əliyev hadisə ilə bağlı əlavə məlumat yayılarkən həssas davranmağa, xüsusən zərərçəkmiş şəxsin şəxsiyyəti və fəaliyyəti barədə iddialar irəli sürməkdən çəkinməyə çağırıb.
Vəkil qeyd edib ki, hazırda ibtidai istintaq davam edir, prokurorluq işi hərtərəfli araşdırır.
-
Sosial19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa19:00Yeri qazıb unikal qarışqa yuvasını oğuradılar
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
















.jpg)















.jpg)


