Sosial
Bakıda ilk dəfə: Avtobuslar üçün...
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, Mərkəz tərəfindən Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetoforun quraşdırılması nəzərdə tutulub.
İlkin mərhələdə svetoforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan "L" tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Layihəyə əsasən, həmin dirəkdə "T" formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor quraşdırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
Ömər Xıdırov onu da qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi
-
Rəsmi xronika10:06Elçin Babayev rektor vəzifəsindən azad edildi
-
Tarix09:58150 il əvvəl batmış gəminin izləri tapıldı - Dənizçilərin sağ qalma hekayəsi
-
Dünya09:15Mənim dostumdur - Trampla Putinin görüşü başladı
-
Nida Xəbər 09:12Tanınmış vəkil narkotiklə saxlanıldı - FOTO
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır



































