Cənubi Qafqaz
Kremlin ideoloqdan İrəvandakı etirazlar haqda SENSASİYALI AÇIQLAMA: “Qarabağda çox qan töküləcək...”
“Qərb və Rusiya qarşıdurması fonunda hansısa güclər
Ermənistandakı aksiyaları idarə etməyə cəhd edəcək və onlar Dağlıq
Qarabağda müharibəni alovlandıracaqlar. Bu da böyük qan tökülməsi
ilə nəticələnəcək”.
Publika.az xəbər verir ki, bu barədə Kremlin ideoloqu kimi
tanınan Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin
deyib.
Onun sözlərinə görə, ermənilərin Sarkisyana etiraz etməsi
normaldır: “Çünki Sarkisyanın idarəçiliyinin Ermənistanda bütün
təbəqələrin maraqlarını təmin etdiyini demək çətindir. Lakin
prosesin arxasında hansısa güclərin olması da istisna deyil. Əgər
bu aksiyalar sırf sosial etiraz dalğasıdırsa, bunu normal
qarşılamaq lazımdır. Yox əgər geosiyasi oyunların bir parçasıdırsa,
bunun hibrid müharibəsinin bir forması olduğunu deyə bilərik və
nəticəsi həm Rusiya, həm Ermənistan üçün çox ağır ola bilər. Bu
baxımdan, Qarabağda müharibənin başlaması və proseslərin regionu
əhatə etməsi istisna deyil”.
Duqin qeyd edib ki, Rusiya Ermənistanın daxili işinə qarışmır:
“Hazırki etirazlar da Ermənistanın daxili işidir. Lakin proseslər
Ermənistanla Rusiyanın münasibətlərinə xələl gətirsə, onda vəziyyət
dəyişə bilər”.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR