Danışıqlar ləğv edildi - Ermənistan daxili qarşıdurmanın BİR ADDIMLIĞINDA
Bizi izləyin

Cənubi Qafqaz

Danışıqlar ləğv edildi - Ermənistan daxili qarşıdurmanın BİR ADDIMLIĞINDA

Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icraçısı Karen Karapetyanla planlaşdırılan görüşü ləğv edilib.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib.

“Nikol Paşinyanla baş nazirin vəzifələrini müvəqqəti icra edən Karen Karapetyan arasında danışıqlar ləğv edilib”, - Avinyan deyib.

O əlavə edib ki, danışıqların nə vaxt olacağı hələlik məlum deyil. Avinyan qeyd edib ki, müxalifət danışıqların yalnız konkret məsələlər ətrafında aparılmasında təkid edir. Bunlar hakimiyyətin dinc yolla ötürülməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi və Respublika Partiyasından heç kimin müvəqqəti hökumətin rəhbərliyinə buraxılmamasıdır. Avinyan bildirib ki, hakim Respublika Partiyası sonuncu məsələnin qoyuluşuna etiraz edir.

Qeyd edək ki, danışıqlar sabah yerli vaxtla saat 11:00-da “Armeniya-Mariott” mehmanxanasında başlamalı idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm