Qarabağ üzərindən SƏRRAST ZƏRBƏ: ya işğal, ya da... – ÜÇ GÜN QALDI
Bizi izləyin

Cənubi Qafqaz

Qarabağ üzərindən SƏRRAST ZƏRBƏ: ya işğal, ya da... – ÜÇ GÜN QALDI

Ermənistanda etiraz aksiyalarının rəhbəri, “Yelk” parlament fraksiyasının lideri Nikol Paşinyan dünən Respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyanı danışıqlara dəvət etdi.

“Respublika Partiyası qərara gəldi ki, Karapetyana danışıqlar üşün səlahiyyət verməlidir. Biz əvvəlki kimi, çağırışlarımız çərçivəsində danışıqlar prosesini davam etməyə hazır olduğumuzu ifadə edirik. Mən sabah Karapetyanı başlanğıc olaraq saat 12.00-da danışıqlar prosesinə dəvət edirəm”, - Paşinyan bildirmişdi.

O vurğulamışdı ki, danışıqlar jurnalistlər iştirakı ilə keçirilməlidir.

“Biz hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmayacağıq”, - müxalifət lideri qeyd edib.

Lakin Karen Karapetyan Nikol Paşinyanın dəvətini rədd edib. Karapetyanın mətbuat katibi Aram Araratyan isə qərarı belə əsaslandırıb ki, Paşinyan qarşı tərəfə diktə edir.

"Karen Karapetyan öz fikrində qalır: jurnalistlərin iştirakı ilə danışıqlar nəticəsiz olacaq", - Araratyanın bəyanatında deyilirdi.

Bu gün isə müxalifət lideri Karapetyanın görüşdən imtina etməsinə maraqlı şəkildə cavab verib.

“Hesab edirəm ki, Karen Karapetyan sadəcə, gücünə əmin deyil, əgər insan, öz ölkəsinin daxilində öz danışıq gücünə əmin deyilsə, onda Qarabağ məsələsi üzrə danışıqları necə aparmaq niyyətindədir?”, - Nikol Paşinyan Karen Karapetyanın qərarına reaksiya verib.

Publika.az xəbər verir ki, erməni ekspert Sarqis Artsruni Paşinyanın Qarabağ üzərindən Karapetyana sərrast zərbə vurduğunu bildirib.

Onun sözlərinə görə, Paşinyanın bu mövqeyi çoxqatlıdır və ilk növbədə hakim Respublika Parsiyasına ünvanlanıb.

“Hətta demək olar ki, Paşinyan Karen Karapetyana qarşı bu arqumentdən çox ustalıqla istifadə etdi. Nikol Paşinyan, faktiki olaraq, Respublika Partiyasını Karapetyanın baş nazir postuna namizədliyini irəli sürmək və onu dəstəkləmək motivindən məhrum edir. Paşinyan qlobal anlamda hakim partiyanı siyasi və mənəvi motivdən məhrum edir”, - erməni ekspert qeyd edib.

Sarqis Artsruni hesab edir ki, Karen Karapetyan mili dialoqun qurulması üçün Paşinyanla danışıqlar aparmağa deyil, Ermənistanın baş naziri olmaq bahasına Moskvaya təslim olmağa üstünlük verir: “Mayın 1-də Paşinyan və Karapetyan arasında deyil, Ermənistanın müstəqilliyi və Rusiyanın vassalı status arasında seçim olacaq. Mayın 1-də milli sisteminin yaradılması perspektivi ilə ya inqilab qalib gələcək, ya da əksinqilab başlayacaq, Üçüncü respublikanı tarixin arxivinə göndərməklə Ermənistanın Rusiya tərəfindən işğalı üçün yol çəkiləcək”, - erməni ekspert yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm