Azərbaycan-Ermənistan sərhədində saxlanılan əcnəbilərin kimliyi açıqlandı
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycan-Ermənistan sərhədində saxlanılan əcnəbilərin kimliyi açıqlandı

Mayın 8-də Azərbaycan-Ermənstan sərhədinin pozulması zamanı saxlanılan əcnəbilər Banqladeş vətəndaşlarıdır.

Publika.az “panorama.am” saytına istinadən xəbər verir ki, bu haqda Ermənistan müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Vigen Sarkisyan mətbuat konfransında bildirib.

Qeyd edək ki, mayın 8-də Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Azərbaycan-Ermənistan sərhədinin pozulması cəhdi zamanı 6 əcnəbinin erməni hərbi qulluqçuları tərəfindən saxlanıldığını açıqlamışdı.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm