Cənubi Qafqaz
İrana ŞOK – 15 nəfər İsrailin raket zərbələrinin qurbanı oldu
İsrail hərbçilərinin Dəməşqin cənub şəhərətrafında yerləşən Kisva rayonuna raket zərbələri nəticəsində ən azı 8 iranlı hərbi məsləhətçi həlak olub.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda “Al-Hadath” telekanalı bildirib.
Telekanalın informasiyasına görə, həlak olanlar arasında həmçinin Suriya ordusunun tərəfində vuruşan şiə qruplaşmalarının 7 döyüşçüsü var. “Al-Hadath” iddia edir ki, raketlər İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) silah anbarını hədəf alıb.
Daha əvvəl Suriyanın dövlət agentliyi (SANA) iki dinc sakinin öldüyünü xəbər vermişdi.
Qeyd edək ki, son vaxtlar İsrailin Suriyada İran hərbçilərini hədəf alan hücumları artıb. Aprelin 9-da Palmiranın 70 kilometrliyində yerləşən T-4 hərbi aerodromundakı İran bazası hücuma məruz qalıb. Nəticədə 14 nəfər, həmçinin 7 İran hərbi məsləhətçisi həlak olub. Aprelin 30-da isə Xamadan 10 kilometr qərbdə (Dəməşqin 220 kilometrliyində yerləşir –red.) İranın böyük anbarı məhv edilib.
Ömər Dağlı
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?