Tbilisidə vəziyyət GƏRGİNLƏŞDİ: saxlanılanlar var
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisidə vəziyyət GƏRGİNLƏŞDİ: saxlanılanlar var

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında yenidən bərpa olunan etiraz aksiyasında gərginlik yaşanıb.

Aksiya iştirakçıları parlamentin binası qarşısında Rustaveli prospektini bağlamağa cəhd edib. Bu zaman polislə onların arasında qarşıdurma yaşanıb. Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Buna baxmayaraq, aksiya iştirakçıları yolu bağlamağa nail olublar.

Bugünkü aksiyaya müxalif siyasi partiyaların təmsilçiləri də qoşulub. Aksiyanın əsas təşkilatçısı olan ötən il qətlə yetirilmiş yeniyetmənin atası Zaza Saralidze hələlik aksiyaya qatılmayıb.

Parlament qarşısındakı aksiya ilə paralel paytaxtın Vake parkında gənclər Z. Saralidzeyə dəstək aksiyası keçirirlər. Gənclər Z. Saralidzeni siyasi partiyalardan uzaqlaşıb, onlara qoşulmağa çağırıblar. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm