
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan
Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Dağlıq Qarabağ
münaqişəsindən və ərazilərin qaytarılması ehtimalından danışıb.
Publika.az xəbər verir ki, nəşrin “İrəvandan Qarabağ
münaqişəsinin nizamlanmasında yeni yanaşmalar gözləmək olarmı?
Güzəştlər olacaqmı, xüsusilə 2016-cı ildə “aprel müharibəsi”ni
xatırlayarkən...” sualına cavabında Mnasakanyan “Bizdə 2016-cı ilin
“aprel müharibəsi”nin ağır amili qalır, həmçinin, danışıqların
dinamikası və ATƏT-in Minsk qrupu formatı var”, - deyə cavab
verib.
Mnasakanyan qeyd edib ki, onlar danışıqlar masasındakı detalları
qiymətləndirirlər.
“Bizim həmsədrlər formatı çərçivəsində sülh nizamlanması kursunu
davam etmək niyyətimiz var. Lakin bizim üçün əsas amil Dağlıq
Qarabağ “xalqı”nın təhlükəsizliyi və Qarabağın statusudur. Biz sülh
və bütün regionun təhlükəsizliyi üçün danışıqlar prosesini davam
etdirmək istəyirik”, - deyə o bildirib.
Asif