Cənubi Qafqaz
“Sərkisyan güllələnsin” - Paşinyanın silahdaşından ŞOK ÇAĞIRIŞ
Ermənistanın ədliyyə naziri Artak Zeynalyan ağır cinayətlər törətmiş şəxslərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsini təklif edib.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə o, parlamentin iclasında bildirib.
Zeynalyana görə, ağır cinayətlər, xüsusilə Vətənə xəyanət ittihamı irəli sürülmüş şəxslərə qarşı cəza tədbirləri ikiqat sərtləşdirilməlidir. Nazir bununla bağlı parlamentə təqdim edilmiş qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsinin vacibliyinə diqqət çəkib.
Parlamentdəki “Yelk” fraksiyasının deputatı Edmon Manukyan isə vətən xainlərinə qarşı daha sərt cəzaların verilməsinin tərəfdarı olduğunu qeyd edərək, edam cəzasının – güllələnmənin qanun layihəsinə salınmasını təklif edib: “Hesab edirəm ki, vətən xainlərinə verilə biləcək ən yaxşı cavab güllədir. Güllələnsinlər”.
Qeyd edək ki, vaxtilə Baş nazir Nikol Paşinyanın təmsil olunduğu fraksiyanın üzvü olan Edmon Manukyan bir müddət əvvəl keçmiş prezident Serj Sərkisyanı və tərəfdarlarını vətənə xəyanətdə ittiham etmişdi.
Manukyan Sərkisyan iqtidarının devrilməsi ilə yadda qalan etiraz aksiyalarının təşkilatçılarından biri olub.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO