Köçəryan mart qətliamından danışdı: “Bu, ordu üçün adi işdir”
Bizi izləyin

Cənubi Qafqaz

Köçəryan mart qətliamından danışdı: “Bu, ordu üçün adi işdir”

Ermənistanın sabiq prezidenti (1998-2008-ci illər) Robert Köçəryan 2008-ci 1 martda etiraz aksiyalarının dağıdılması zamanı ordunun cəlb edilməsi ilə bağlı səsləndirilən ittihamlara cavab verib.

Publika.az xəbər verir ki, sabiq prezident hadisələr zamanı ordu bölmələrinin silah tətbiq etmədiyini deyib.

“Mən bildiyim qədər, ordu bölmələri 1 mart 2008-ci il silah tətbiq etmir və nümayişçilərlə toqquşmalarda iştirak etmirdi”, - Köçəryan “Yerevan Today” nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, “Konstitusiya quruluşunun devrilməsi” maddəsi ilə ittiham olunan Ermənistanın sabiq müdafiə naziri Mikayel Artünyana ittiham təqdim edilib və axtarışa verilib. Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan bildirib ki, Artünyan ölkə xaricindədir. O həmçinin məlumat verib ki, sabiq prezident Köçəryan iş çərçivəsində şahid kimi çağırılıb.

Sabiq müdafiə nazirinin ünvanına ittihamlara cavab olaraq Köçəryan bildirib ki, döyüş bölmələrinin döyüş bacarığının möhkəmləndirilməsi məqsədi ilə kazarma vəziyyətinə keçid ordu üçün adi işdir.

Daha əvvəl Xüsusi İstintaq Xidmətinin yaydığı açıqlamada qeyd edilirdi ki, Artünyan və başqa vəzifəli şəxslər Ermənistan konstitusiyasını pozub və ölkədə hərbi vəziyyət tətbiq ediblər. Bu şəxslər dinc nümayişlərdə iştirak etmiş vətəndaşlara qarşı silahlı qüvvələrdən istifadə etməkdə ittiham olunurlar.

Qeyd edək ki, 2008-ci ildə Ermənistanın indiki baş naziri Nikol Paşinyan keçmiş prezidenti Levon Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü və etiraz aksiyalarının aktiv iştirakçılarından biri idi. O hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş və 2009-cu ilin yayında hakimiyyətə təslim olmuşdu. Paşinyan 19 yanvar 2010-cu ildə 7 il azadlıqdan məhrum edilir. Ancaq 2011-ci ilin mayında amnistiya üzrə azadlığa çıxır.

Xatırladaq ki, 2008-ci il martın 1-də mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm