Cənubi Qafqaz
Müharibə elanı kimi BƏYANAT - İrəvan ölüm FƏRMANINI YAZDI
Ermənistanda yerləşən Rusiyanın sərhəd qoşunlarının statusu təkrar gözdən keçiriləcək.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
Nazir Rusiyanın sərhəd qoşunlarının statusu haqqında müqaviləyə hansı dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib.Ancaq o, Ermənistanın Şirak vilayətinin Panik kəndində bu günlərdə baş verən hadisəni xatırladıb.
Onun sözlərinə görə, vaxt ötdükcə müəyyən problemlər yaranır və bu problemlər müqavilələrə dəyişiklikləri tələb edir. Tonoyan deyib ki, erməni kəndində Rusiya hərbi qulluqçularının iştirakıyla baş vermiş hadisə bəzi dəyişikliklərin keçirilməsini sürətləndirə bilər.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın əsgərlərinin “KamAz” yük avtomobilləri ilə kəndə girərək avtomat silahlardan havaya atəş açması işğalçı ölkə ilə Rusiya arasında qalmaqala səbəb oldu. Rusiya hərbçiləri kəndə qəflətən girərək yerli sakinlərin başlarının üstündə atışma təşkil edilər. Ermənistanın bəzi nəşrlərinin yazdığına görə, insanlar təlaş içində öz evlərində gizlənməyə başlayıblar, küçələrdən oynayan uşaqlar isə şok vəziyyətinə düşüblər.
Rusiya tərəfinin açıqlamasına görə, 102-ci bazanın hərbi qulluqçuları təlimlər keçirirdilər. Lakin erməni KİV-i təlimlərin bu formada keçirilməsinin yolverilməz hesab edib və buna etiraz bildiriblər.
Ermənistan KİV-inə görə, erməni kəndinin “işğalı” hakimiyyətə gələndən sonra qərbpərəst siyasətini gizlətməyən baş nazir Nikol Paşinyana Kremlin mesajı olduğu istisna edilmir. Rusiyanın sərhəd qoşunlarının statusu haqqında müqaviləyə dəyişikliklərin edilməsinə cəhd isə Moskvanın nəinki daha sərt mesajlarını, hətta konkret cavab addımlarını özü ilə gətirə bilər.
“Kommersant” qeyd edir ki, Rusiyanın sərhəd qoşunlarının statusuna yenidən baxılması haqqında David Tonoyanın bəyanatı Ermənistanda müstəqillik illərində Rusiya hərbçilərinin ünvanına ən sərt fikir oldu.
Qeyd edək ki, Türkiyə (280 kilometr) və İranla (42 kilometr) Ermənistanın dövlət sərhədinin mühafizəsi sistemi SSRİ vaxtlarından qalıb. Rus sərhədçilərinin Türkiyə və İran sərhədində xidməti 1992-ci ildə Rusiyanın sərhəd qoşunlarının statusu haqqında dövlətlərarası müqavilə ilə tənzimlənir. Ermənistanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin 4 sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Mehri, həmçinin "Zvartnos” İrəvan beynəlxalq aeroportunda ayrı nəzarət buraxılış məntəqəsi fəaliyyət göstərir.
Ermənistanda Rusiya sərhədçilərinin (təxminən 4,5 min) saxlanılması bərabər şəkildə iki dövlətin hökumətləri tərəfindən təmin olunur.
Ömər
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO