Paşinyan danışmaq üçün İlham Əliyevin telefon nömrəsini axtarır
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan danışmaq üçün İlham Əliyevin telefon nömrəsini axtarır

Ermənistanın baş naziri Nikol Paşinyan “Moskvanın səsi” radiosunun baş redaktoru Aleksey Venediktova müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevlə tanışlığından danışıb.

Publika.az
xəbər verir ki, Paşinyan İlham Əliyevlə onu Rusiya prezidenti Vladimir Putinin tanış etdiyini deyib.

“Futbol üzrə dünya çempionatının açılış mərasimində mən Moskvada idim. Vladimir Putin məni Azərbaycan prezidenti ilə tanış etdi, lakin təəssüf ki, bu tanışlıq effektiv olmadı. NATO-nun sammitində də İlham Əliyev iştirak edirdi, lakin biz orada salamlaşmadıq belə. Sadəcə belə alındı”, - deyə o bildirib.

Venediktovun “axı siz ona zəng vura bilərsiniz” sözlərinə Paşinyan “Bu yaxşı ideyadır, lakin onun telefon nömrəsi məndə yoxdur” deyə bildirib.

Venediktov Paşinyana söz verib ki, Azərbaycan lideri ilə görüşəndə onun üçün telefon nömrəsi xahiş edəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm