Cənubi Qafqaz
Koçaryan və erməni generalların həbs tələbində SENSASİYALI QARABAĞ AMİLİ: Paşinyan bununla...
Ermənistanda keçmiş prezident Robert Koçaryana qarşı
başlayan məhkəmə prosesinə bir sıra generallar da daxil edilib.
Publika.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, erməni general Yuri
Xaçaturov da 2008-ci il 1 mart hadisələri ilə bağlı başlanan
məhkəmə qarşısında çıxarılıb.
2008-ci ildə prezident olan Robert Koçaryan və həmin vaxt güc
strukturlarında vəzifə daşıyan generallara qarşı dövlət çevrilişi
ittihamı irəli sürülür. Hazırda məhkəmə işi davam etdirilir.
Ermənistanda bu məhkəmə işinə münasibət birmənalı deyil. Paşinyanın
tərəfdarları və “Qarabağ klanı”nın zülmündən bezmiş insanlar
Koçaryan başda olmaqla generalların həbsini tələb edir. Lakin bəzi
siyasətçilər bu məhkəmə işinin Dağlıq Qarabağın Azərbaycana
qaytarılmasına qarşı olan generalların neytrallaşdırmaq məqsədi
daşıdığını iddia edirlər.
Respublika Partiyasının deputatı David Arutyun iddia edir ki, bir
sıra hərbi xadimlər hədəfdədir.
Onun sözlərinə görə, hədəfdə olan hərbi xadimlər Azərbaycana qarşı
qəti mövqe nümayiş etdirənlərdir. Erməni deputat ittihamın belə
şəxslərə qarşı irəli sürülməsinin düşündürücü olduğunu qeyd
edib.
Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının
təmsilçisi olan Eduard Şarmazanov hesab edir ki, Koçaryana qarşı
başlanan prosesə Serj Sarkisyanı da daxil edə bilərlər.
“Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət bolşevik inqilabçı
komitələri kimi hərəkət edir. Onlar Serj Sarkisyana qarşı da
istənilən məhkəmə işini qura bilərlər”, - deyə o bildirib.
Şarmazanov iddia edir ki, Koçaryanla bağlı yaranmış vəziyyət
Qarabağ kontekstində ekstremal narahatlığa səbəb olur: “Koçaryanın
mümkün həbsi Qarabağ münaqişəsi kontekstində təhlükəli ola bilər.
Koçaryan və Sarkisyan Qarabağın “qəhrəmanları”dır (dırnaq
redaksiyaya məxsusdur - red.) və Ermənistanın formalaşmasında ciddi
rol oyunadılar. Koçaryan türklərə (azərbaycanlılar - red.) qarşı
döyüşdə qaçmadı”.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi