Ermənistan Xaçaturovu onunla əvəz edəcək - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan Xaçaturovu onunla əvəz edəcək - FOTO

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunda Yuri Xaçaturovu sabiq müdafiə naziri Vaqarşak Arutyunyanla əvəz etmək istəyir.

Publika.az xəbər verir ki, bu haqda “Regnum” agentliyinə Ermənistan hökumətindəki mənbə bildirib.

Qeyd edək ki, Yuri Xaçaturov ölkəsində 2008-ci ilin mart hadisələri zamanı Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunur. Ona rəsmi ittiham iyulun 26-da irəli sürülüb. İyulun 27-də isə məhkəmə onun girov qarşılığında zaminə buraxılması barədə qərar çıxarıb.

Ermənistan Xarici İşlər Nazirliyi iyulun 28-də bəyan edib ki, İrəvan Xaçaturovu əvəz etməyi təklif edib. Bu gün isə Ermənistanın Xüsusi İstintaq Xidməti bildirib ki, Xaçaturov xidməti vəzifələrinin icrası üçün Moskvaya maneəsiz qayıda bilər.

Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri vəzifəsini tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm