Paşinyanın namizədliyi baş nazir postuna irəli sürüldü
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın namizədliyi baş nazir postuna irəli sürüldü

Ermənistan parlamentində “Yelk” bloku baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Publika.az
xəbər verir ki, bu barədə “aysor” saytına parlament aparatından bildiriblər.

Ermənistan parlamenti baş naziri seçmək üçün oktyabrın 24-də xüsusi iclas keçirəcək.

Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 16-da baş nazir postundan istefa verib. Ermənistan konstitusiyasına görə, baş nazirin istefasından sonra parlament 7 gün ərzində yeni baş nazir seçir. Birinci iclasda baş nazir seçilməsə, seçkilər ikinci iclasda davam edir. İkinci iclasda da seçki baş tutmasa, o zaman parlament buraxılır və növbədənkənar seçkilər keçirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm