Cənubi Qafqaz
Vətəndaş müharibəsinin başlama TARİXİ AÇIQLANDI: Qarabağ klanından ÇAĞIRIŞ
Dekabrın 11-dən etibarən Ermənistanda kütləvi aksiyalar başlaya bilər.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, həmin gün ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə piket və mitinqlərin keçirilməsi qərarının veriləcəyi gözlənilir.
Artıq “Prezidentə azadlıq” təşəbbüs qrupu bununla bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, mövcud hakimiyyət konstitusiyanı və Ermənistan qanunlarını kobud şəkildə pozub. Təşəbbüs qrupu hakimiyyətin məhkəməyə təzyiq etdiyini, ermənilərin milli maraqlarına zidd Dağlıq Qarabağı müdafiə komitəsinin sədri, “artsax qəhrəmanı”, “Dağlıq Qarabağın birinci və Ermənistanın ikinci prezidenti”ni həbs etdiyini bildirib.
“Biz, Ermənistanın bir qrup vətəndaşı baş verənləri antikonstitusion cinayət kimi qiymətləndirərək, bu dəhşətli qanunsuzluqlara özümüzün həlledici səsimizi qaldırmağa hazırlaşırıq”.
Təşəbbüskarlar mübarizənin mitinq mərhələsini elan etdiklərini bildirərək, hər bir vətəndaşı onlara qoşulmağa çağırıblar. “Piket və mitinq günü 11 dekabrdan başlayacaq. Bizimlə birləşin!" - deyə bəyanatda qeyd edilir.
Göründüyü kimi, "Qarabağ klanı" N.Paşinyan hökumətinə savaş elan edib. Qarşıdakı günlərdə siyasi hərarətin güclənəcəyi şübhə doğurmur.
Qeyd edək ki, daha əvvəl sabiq müdafiə naziri, Ermənistan Respublika Partiyasından deputatlığa namizədliyini irəli sürən Viqen Sərkisyan ölkədə vətəndaş müharibəsi xəbərdarlığı etmişdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR