Həmyerlimiz Gürcüstanda seçkilərdə qələbə qazandı: ilkin nəticələr - YENİLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

Həmyerlimiz Gürcüstanda seçkilərdə qələbə qazandı: ilkin nəticələr - YENİLƏNDİ

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda keçirilmiş icra başçısı seçkiləri ilə bağlı ilkin nəticələri açıqlayıb.

Rayonun 81 seçki məntəqəsinin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 79,08%-ni əldə edib.

Digər namizədlər – müxalif Vahid Milli Hərəkat Partiyasından olan Aqil Mustafayev 11,06%, müxalif “Avropalı Gürcüstan” partiyasından olan Əhməd İmamquliyev isə 7,73% səs toplayıb.

Yerdə qalan namizədlərin əldə etdiyi göstərici isə 1%-ə qədərdir.

Qeyd edək ki, Marneuli rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb.

***

00:50

Hakim "Gürcü Arzusu" Partiyasının namizədi Zaur Darğallı Marneulidə mer seçkisində qələbə qazanıb.

Bunu Gürcüstan Parlamentinin Gürcü Arzusu partiyasından olan üzvü İrakli Sesiaşvili deyib.

***

19 may 21:13

Mayın 19-da Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilərlə bağlı səsvermə başa çatıb.

Publika.az xəbər verir ki, seçkilər ölkə üzrə 410 məntəqədə keçirilib.

Səsəvermə səhər saat 8:00-da başlayıb, saat 20:00-da başa çatıb. Hazırda seçki məntəqələri bağlanıb, səslərin sayılmasına başlanılıb. Məlumat üçün qeyd edək ki, seçkilər azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunu da əhatə edib. Səsvermə rayonun 90 seçki məntəqəsində keçirilib.

Marneulidə seçki hüququna malik olan vətəndaşların sayı 99,7 min nəfərdən çoxdur.

Rayon rəhbəri vəzifəsi uğurunda 15 namizəd mübarizə aparıb. Onların da 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Gürcüstan MSK-nın saat 17:00-a olan məlumatına görə, Marneulidə seçici fəallığı isə 27,2 olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm