Ermənistan ordusunun daha 10 hərbçisi SIRADAN ÇIXDI -  RƏSMİ/VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan ordusunun daha 10 hərbçisi SIRADAN ÇIXDI -  RƏSMİ/VİDEO

Video əlavə olunub.

xxx

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin təxribatçı hücumlarına endirilən cavab zərbəsi nəticəsində qarşı tərəfin itkiləri artmaqda davam edir.

Publika.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan əməliyyatlar zamanı daha 10 hərbi qulluqçunun müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb.

Onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd edib. Beş hərbçinin vəziyyəti isə orta-ağır qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatına cavab olaraq artilleriya qurğuları ilə vurulan cavab zərbəsi nəticəsində Ermənistan ordusunun 100-dək əsgərinin həlak olduğunu bəyan edib. Ermənistan isə bunlardan sadəcə 4 zabitin adını açıqlaya bilib. Ermənistan itkilərini gizlətməkdə davam edir.

Zümrüd


Oxumağa davam et
Reklam
Reklam

Gündəm