Sabah Tiflisdə Azərbaycana dəstək aksiyası keçiriləcək
Bizi izləyin

Cənubi Qafqaz

Sabah Tiflisdə Azərbaycana dəstək aksiyası keçiriləcək

"Sentyabrın 28-də paytaxt Tiflisdə Heydər Əliyev parkından Azərbaycan səfirliyi istiqamətində Azərbaycana və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-aksiya keçiriləcək".

Publika.az bu barədə sözügedən dəstək aksiyasının təşkilatçısı Kanan Babayev məlumat verib.

K.Babayev bütün hər-kəsi 28 sentyabr saat 13:30-da Tiflisdə Heydər Əliyev parkına toplanaraq Azərbaycana və ordusuna dəstək göstərərək, yürüş aksiyasına qoşulmağa çağırıb.

O əlavə edib ki, zəfər Türkündür!

Məlumat üçün xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, -"Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm