Paşinyanın son çarəsi: bu dəfə həyat yoldaşını göndərdi - FOTO/VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın son çarəsi: bu dəfə həyat yoldaşını göndərdi - FOTO/VİDEO

Video əlavə olunub.

xxx

Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatları Ermənistan ordusunun cəbhə xəttində sıxıntılı günlərə səbəb olub.

Publika.az xəbər verir ki, ölkədə xalq Ermənistanın baş naziri Nikol Paşinyana hər gün daha da artan itkilər səbəbilə etirazlar etməyə başlayıb.

N.Paşinyanın xalq arasında etibarının sarsıldığı bildirilir. Baş nazir buna çarə tapmaq üçün yollar axtarmağa başlayıb və beynəlxalq arenadan dəstək görmək üçün təşəbbüslər həyata keçirməyə çalışır.

Bu çərçivədə, o, həyat yoldaşı Anna Akopyanı cəbhədə xəsarət alan əsgərlərin ziyarətinə göndərib.

Qeyd edək ki, ötən ay İtaliyanın “Eurasianews” nəşri Akopyanın erməni qadınlara hərbi təlimlər keçdiyi xəbərini “Erməni qadınları azərbaycanlı dinc əhaliyə hücum etməyə hazırlaşdırılır” başlığı ilə dərc etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm