Ermənistan itkilərini qismən ETİRAF ETDİ: İki yüzədək hərbçi öldürüldü
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan itkilərini qismən ETİRAF ETDİ: İki yüzədək hərbçi öldürüldü

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Qarabağda keçirdiyi əks-hücum əməliyyatı zamanı verdiyi itkiləri az da olsa etiraf etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumata yayıb.

Bildirilib ki, ermənilər daha 21 hərbçilərinin Azərbaycan tərəfindən zərərsizləşdirildiyini açıqlayıblar.

Bununla da Ermənistan tərəfindən rəsmi olaraq ölən hərbçilərin sayı 178-ə çatıb. Məlumatda, həmçinin qeyd olunur ki, ermənilərin xeyli sayda yaralı hərbçisi var. Lakin onların sayı açıqlanmır.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm